2024-cü ildə Azərbaycanda 15 milyard 112,09 milyon kubmetr səmt qazı hasil edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,2 % çoxdur.
Bu həcmin 3 milyard 804,91 milyon kubmetri əmtəə qazının (artım 6,7 %) payına düşüb.
Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı 29,9 % təşkil edib, qalan həcm - 35 milyard 484,61 milyon kubmetr və ya 70,1 % isə təbii qazın (artım 6,2 %) payına düşüb.
2023-cü ildə Azərbaycanda 15 milyard 85,96 milyon kubmetr səmt qazı (2022-ci illə müqayisədə azalma 2,2 %) hasil edilib. Bu dövrdə əmtəə qazının payı 3 milyard 565,2 milyon kubmetr (azalma 15,7 %) təşkil edib.