17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.
Rekord.az xəbər verir ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştrak edəcək.
Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.
Millimizin heyəti və oyunlarının təqvimi ilə sizi tanış edirik:
Millimizin heyəti və oyunlarının təqvimi ilə sizi tanış edirik: Rauf Əyyubov, Həzrət Səmədov, İbrahim Xəlilov (hamısı “Sabah”), Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Muhamməd Çodarov, Tunar Rzayev (hamısı “Marcet”, İspaniya), Murad Qurbanov, Fərid Cabbarlı, İmran Suleymanzadə, Əhliman Süleymanzadə, Emil Usubov (hamısı “Zirə”), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim (hamısı “Qarabağ”), Tunar Muradov (“Turan Tovuz”), Ariz Kərimov (“Qəbələ”).
16 fevral
16:10. Rusiya – Azərbaycan
17 fevral
12:00. Azərbaycan – İran
19 fevral
14:20. Qazaxıstan – Azərbaycan
Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.