Ağcabədi. Trend:
Ağcabədidə iki minik avtomobili toqquşub.
Trend-in yerlimüxbirinin xəbərinə görə, hadisə Hindarx-Borsunlu yolunun rayonunTaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA”markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə hərbirində iki nəfər olmaqla, dörd nəfər müxtəlif dərəcəli xəsarətalıb.
Yaralılar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu,1988-ci il təvəllüdlü Məmmədov Mirhadı Ağa oğlu, 1993-cü iltəvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlüİsmayılov Əhliman Məhəmməd oğlu təcili tibbi yardım avtomobili iləAğdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.