AZ

Ermənistan XİN Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılması xəbərini təkzib etdi

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin yaxınlarda açılması ilə bağlı xəbərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ani Badalyanın Armenpress-ə açıqlamasında danışıb.

Onun sözlərinə görə, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması kontekstində heç bir dəyişiklik yoxdur:

“Əgər varsa, sizə məlumat verəcəyik”.

Bundan əvvəl Ermənistan KİV-i diplomatik mənbəyə istinadən sərhəd-keçid məntəqəsinin martın 1-də açılacağı barədə məlumat yayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Seçilən
30
17
konkret.az

10Mənbələr