AZ

Samir Abasov: “Qarabağ” “Neftçi”dən güclüdür”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün komandalar qələbə üçün oynayır. Komanda istəkli olanda, nəticə də olur. Bu, bizim üçün həmin oyunlardan idi. Udmaq üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan olduq. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbə mənim üçün xoşdur”.

Samir Abasov yeni transferlərlə də bağlı fikirlərini bölüşüb: “Qışda oyunçu gətirmək çətindir. Danışıq apardığımız başqa oyunçular da var idi. Dekabrdan onların kublarına çökmüşdük. Əfsuslar olsun ki, əksəri alınmadı. Hücum planında eyni tempdə oynaya bilməməyimiz bizi narahat edirdi. Düşündük ki, bu gücdən istifadə edək. Hər kəs bazaya gedir. Prosedurlarımız var. Məşqimizi keçdik. Bu ərəfə bizim üçün çox qısadır. Kubok bizim üçün çox önəmlidir. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. Üç qalibiyyəti bizim üçün böyük iş görmüş kimi görürlər. Öz qrafikimizlə gedəcəyik.

Reallıq onu göstərir ki, “Qarabağ” bizdən güclüdür. Amma öz meydanımızda oynayacğıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə istəyirik. Bu qalibiyyətdən danışaq. Dərhal “Qarabağ”la matça köklənməyək. Məşqlərə başlayandan sonra bu haqda düşünəcəyik”.

“Başımızı dik tutmalıyıq” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Ağır matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi. 75-ci dəqiqədən sona qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qollar buraxırıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, bir qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda oldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm.

Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub ya əvvəl… 4,5 ildir buradayam. 2:0 udduğumuz matç bir balaca asan keçdi. Onda “Neftçi”nin performansı aşağı idi. İki il bundan əvvəl Samir Abasovun dönəmində “Neftçi” üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Fərqli “Neftçi” gözləmirəm qarşımda. Futbolçulara da demişdim ki, digər oyunlarda “Neftçi”ni necə görürsüz bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər bizə qarşı oynamaq maraqlıdır. Bu məqamlar bizi daha da gücləndirməlidir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın biz idik. Ədalətli nəticə 0:0 olardı. Avorkuboklardan bu yana belə qollar buraxmışıq. Hesabı bərabərləşdirdik. Amma qoruyub-saxlaya bilmədik”.

Seçilən
44
17
arena.az

10Mənbələr