AZ

"Neftçi"nin baş məşqçisi: "Komandamız səfərə qələbə qazanmaq üçün gəldiyini göstərdi"

Komandamız səfərə qələbə qazanmaq üçün gəldiyini göstərdi.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Zirə"yə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

“Futbolçularım ilk dəqiqədən səfərə qələbə qazanmaq üçün gəldiklərini göstərdilər. Lakin qol buraxandan sonra pərişan oldum. Düşündüm ki, buradan qələbə ilə çıxa bilərdik, bütün enerjimi də buna sərf etmişdim. Bununla belə, köməkçilərimə dedim ki, qismət belədir. Amma futbolçularım sağ olsunlar – həm Ramilin yaxşı ötürməsi, həm Koffini sona kimi mübarizə aparması qələbə qazanmağımıza yardımçı oldu".

Qeyd edək ki, XVIII turda "Neftçi" səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

Seçilən
36
1
report.az

10Mənbələr