AZ

CHP-də fikir ayrılığı: Mansur Yavaş qatılmayacaq

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin Ankara və İstanbul bələdiyyə sədrləri Mansur Yavaş və Ekrem İmamoğlu ilə üçtərəfli görüşünün bir sıra detalları məlum olub.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki saat yarım davam edən görüşdə növbəti prezident seçkilərində namizədin necə müəyyənləşdirilməsi müzakirə edilib.

Qeyd edək ki, Özgür Özel namizədin partiya daxilində səsvermə yolu ilə müəyyən edilməsini təklif edib. 

Üçtərəfli görüşdə Yavaş önseçimə qarşı olmadığını, lakin özünün iştirak etməyəcəyini bildirib. O, namizədin müəyyənləşdirilməsiə prosesində alternativ üsulların da nəzərə alınmasını istəyib və önseçimin "partiyada parçalanmaya səbəb olacağını" ifadə edib.

Yavaş görüş zamanı namizədin müəyyən olunmasında təkcə önseçimin əsas meyar kimi götürülməməli olduğunu bildirib. O, ictimai rəy sorğuları da daxil olmaqla alternativ variantların müzakirə edilməli olduğunu bildirib.

Yavaş partiya üzvlərinin qərarına hörmətlə yanaşacağını bildirib, ancaq xəbərdarlıq edib ki, bu proses artıq partiya daxilində ciddi fikir ayrılığı yaradıb və bunun əlamətləri görünməyə başlayıb.

Namizədin indidən müəyyən edilməsinin doğru olmadığını bir daha vurğulayan Yavaşın prezidentliyə namizəd olmaq niyyətinin davam etdiyini göstərdiyi bildirilir.

CHP mənbələri üçtərəfli görüşdə Yavaşın önseçimə qatılmamaq qərarına baxmayaraq, partiyanın qərarlarına tabe olacağını və partiyanın uğuru üçün çalışacağını vurğuladığını bildiriblər.

"Partiyanın uğuru üçün qəbul edilən qərarlara hamının hörmət edəcəyi, birlikdə hərəkət ediləcəyi və partiyanın nüfuzuna zərər vurulmayacağı barədə razılıq var", - mənbələr deyib.

Seçilən
1
4
bakivaxti.az

5Mənbələr