Bakı dairəvi yolunda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yük maşınının qoşqusu hərəkət zamanı idarəetmədən çıxaraq yol kənarındakı metal arakəsməyə ilişib.
Hadisə nəticəsində yolun həmin hissəsində nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Qəzanın səbəbləri dəqiqləşdirilir, ilkin ehtimallara görə, sürücünün idarəetməni itirməsi və ya texniki nasazlıq buna səbəb ola bilər.