AZ

Ülviyyə Zülfiqar: Ermənistan Təpəbaşı məscidində içki istehlak edilməsi ilə bütün müsəlman aləminə hörmətsizlik edir

Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütünlükdə İslam aləminə hörmətsizlikdir. Ermənistan maddi – mədəni irsimizə hörmətlə yanaşmalı, dağödılmasına yol verməməli idi. Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib.

Demokrat.az  xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - sözçüsü Ülviyyə Zülfiqar İrəvanın Təpəbaşı məhəlləsində tarixi məscidimizdə içki istehlak edilməsi ilə bağlı Ermənistan tərəfinə hansı çağırışların edilməsinə dair şərhində yer alıb.

Sözçü, həmçinin qeyd edib: "Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi Azərbaycanlılara məxsus 300 -dən çox məscid dağıdılmış vəziyyətdədir, 600-ə yaxın qəbristanlıq isə yerlə yeksan edilib. Hələ dağıdılmamış Göy Məscid isə başqa millətə məxsus kimi təqdim edilir.

Seçilən
1
8
demokrat.az

9Mənbələr