1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütünlükdə İslam aləminə hörmətsizlikdir. Ermənistan maddi–mədəni irsimizə hörmətlə yanaşmalı, dağıdılmasına yol verməməli idi. Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik, Qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülviyyə Zülfiqar İrəvanın "Təpəbaşı məhəlləsində tarixi məscidimizdə içki istehlak edilməsi ilə bağlı Ermənistan tərəfinə hansı çağırışlar edilir?" sualına cavabında bildirib.
![](https://static.cdnsb.net/afm/images/2025/02/11/16619927.jpg)
O deyib ki, Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir, 600-ə yaxın qəbiristanlıq isə yerlə yeksan edilib:
"Hələ dağıdılmamış Göy Məscid isə başqa millətə məxsus kimi təqdim edilir".
"Ermənistan Qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son verməli, beynəlxalq ictimaiyyət, ümumbəşəri dini qurumlar bu vəziyyətə səssiz qalmamalı, UNESCO, Roma Papası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar xüsusilə həssaslıq göstərməlidirlər", - deyə Ülviyyə Zülfiqar qeyd edib.