Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, sözügedən vəzifəyə Əli Hacıyev gətirilib.
44 yaşlı Əli Sabir oğlu Hacıyev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.
O, daha əvvəl SOCAR-da, İqtisadiyyat Nazirliyində, "AzerGold"da çalışıb. Ötən ildən AAYDA-da İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.