Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.
Avtosfer.az xəbər verir ki, bu vəzifəyə Əli Hacıyev gətirilib.
Ə.Hacıyev bu təyinatadək AAYDA-nın İnvestisiya Baş İdarəsinin rəisi olub. Bundan əvvəl isə iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.