AZ

Naftalandan tender oyunu- Vüqar Novruzov “Texnolog” MMC ilə necə anlaşdı?

Naftalan İcra Hakimiyyətinin balansında olan Naftalan Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi (KTİB) yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, tenderə əsasən KTİB 151 min 845 manatlıq mal və materialların satın alacaq.

Müsabiqənin qalibi “TEXNOLOG” MMC-dir. Naftalan İcra Hakimiyyətinin bu şirkətlə anlaşması ilk hal kimi qəbul edilsə də, əvvəlki dönəmələrdə birgə iş görmələrində dair çeşidli məlumatlar az deyil. Lakin məsələnin maraqlı tərəfi odur ki, “Texnolog” MMC ölkədə “hərşeyşünas” şirkətlərdən sayılır. Məsələn, bu şirkət Bakı Baş Səhiyyə İdarəsinə dərman, Ağsu Suvarma Sistemləri İdarəsinə tikinti materailları, Naftalan İcra Hakimiyyətinə isə bağçılıq avadanlıqlarından tutmuş, lampa, fəhlə geyimi və həmişəyaşıl ağac satacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 500 AZN olan “Texnolog” MMC-nin qanuni təmsilçisi Orxan Həsənov Hüseyin oğludur. Şirkət 2019-cu ildə yaradılsa da, qısa müddətdə tender aləmində “krallar”dan birinə çevrilib.

Tribunainfo.az-ın araşdırmasına görə, “Texnolog” MMC ötən il 28 tenderin qalibi olub. Bu tenderlər üzrə bağlanılmış satınalma müqavilələrinin dəyəri

4 milyon 166 min 633 manat təşkil edib.

Şirkətin bağladığı ən yüksək məbləğli satınalma müqaviləsi isə Naxçıvan Sukanal İdarəsi ilə imzalanıb. Həmin müqavilənin dəyəri 548 min 471 manat olub.

Qeyd edək ki,2019-cu ildən Naftalan İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur.

Seçilən
3
3
moderator.az

4Mənbələr