Naftalan İcra Hakimiyyətinin balansında olan Naftalan Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi (KTİB) yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, tenderə əsasən KTİB 151 min 845 manatlıq mal və materialların satın alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 500 AZN olan “Texnolog” MMC-nin qanuni təmsilçisi Orxan Həsənov Hüseyin oğludur. Şirkət 2019-cu ildə yaradılsa da, qısa müddətdə tender aləmində “krallar”dan birinə çevrilib.
Tribunainfo.az-ın araşdırmasına görə, “Texnolog” MMC ötən il 28 tenderin qalibi olub. Bu tenderlər üzrə bağlanılmış satınalma müqavilələrinin dəyəri
4 milyon 166 min 633 manat təşkil edib.
Şirkətin bağladığı ən yüksək məbləğli satınalma müqaviləsi isə Naxçıvan Sukanal İdarəsi ilə imzalanıb. Həmin müqavilənin dəyəri 548 min 471 manat olub.
Qeyd edək ki, Naftalan icra hakimiyyətinin başçısı Vüqar Novruzovdur. O, 2019-cu ildə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.