Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır.
Bu barədə “Yle” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır", - materialda qeyd olunur.
Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi Luoto bildirib ki, hüquq-mühafizə orqanları “Nammo” zavodunun ərazisində və ya bilavasitə yaxınlığında bir neçə dəfə PUA uçuşu qeydə alıb.