AZ

Finlandiya polisi barıt zavodunun yaxınlığında PUA-ların qanunsuz uçuşlarını araşdırır

Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır.

“Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır”, – materialda qeyd olunur.

Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi Luoto bildirib ki, hüquq-mühafizə orqanları “Nammo” zavodunun ərazisində və ya bilavasitə yaxınlığında bir neçə dəfə PUA uçuşu qeydə alıb.

Seçilən
10
5
korrespondent.az

6Mənbələr