Fevralın 9-da Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobil yolu keçən piyada Şeydabəy Qəhrəmanovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Unikal.az-ın məlumatına görə, vəfat edən Ş.Qəhrəmanov Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.