Azərbaycanın Eritreyada saxlanılan 3 gəmisinin heyət üzvləri ilə vaxtaşırı əlaqə saxlanılır.
Yenisabah.az xəbər verir ki, bu barədə "Caspian Marine Services B.V." şirkəti məlumat yayıb.
Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar. Sağlamlıqları qaydasındadır.
Eyni zamanda, XİN xətti ilə danışıqlar davam edir.
Xatırladaq ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən BƏƏ-nin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Telegram kanalımız