AZ

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri ilə vaxtaşırı əlaqə saxlanılır.

Aznews.az xəbər verir ki, bu barədə“Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.

Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar.

"Onların sağlamlıqları qaydasındadır", - deyə şirkətdən bildirilib.

Eyni zamanda, Xarici İşlər Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur: "Danışıqlar hələ davam edir".

Seçilən
18
2
aznews.az

10Mənbələr