AZ

Fermerlərə 52 min manat sığorta ödənişi edilib

Göyçay və Kürdəmir rayonlarında sığorta müqaviləsində nəzərdə tutulan risklər üzrə zərər çəkmiş təsərrüfat sahiblərinə sığorta ödənişləri olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Cebheinfo.az”a bildirilib ki, Aqrar Sığorta Fondu tərəfindən bu rayonlarda meyvə bağları və taxıl sahələrinə dəymiş zərərlərə görə sığorta ödənişləri edilib.

Göyçay rayonunun Bığır kəndi ərazisindəki nar bağında tinglərin şaxta vurması nəticəsində dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata 23 min 957 manat zərər ödənişi verilib.

Rayonun Çaxırlı kəndində isə fermer Vüsal Qasımova məxsus alça bağına fırtına nəticəsində dəyən zərər üzrə fermerə 1 680 manat sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondu Kürdəmir rayonunda da aqrar sığorta ödənişi həyata keçirib. Rayonun Cəyilli kəndində fermer Orxan Lazımbəyliyə məxsus buğda sahəsinə dolu nəticəsində böyük zərər dəyib. Hadisə Aqrar Sığorta Fondu tərəfindən araşdırılıb, fermerə dəymiş zərərə görə 25 min 840 manat sığorta ödənişi həyata keçirilib.

Fond bir daha fermerləri öz təsərrüfatlarını, xüsusilə də böyük zəhmət tələb edən və hazırda mövsümü olan meyvə bağlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalamağa çağırır.

Xatırladaq ki, bu halda sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir.

Seçilən
7
4
cebheinfo.az

7Mənbələr