AZ

Fermerlərə aqrar sığorta ödənişləri edilib

Aqrar Sığorta Fondu tərəfindən Göyçay və Kürdəmir rayonlarında müxtəlif hadisələr nəticəsində dəymiş zərərlərə görə ödənişlər həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Göyçay rayonunda nar bağında tingləri şaxta vurması nəticəsində dəymiş zərərə görə 23 957 min manat, alça bağına fırtına nəticəsində dəyən zərər üzrə isə 1 680 manat sığorta ödənişi edilib.

Kürdəmir rayonunda isə buğda sahəsinə dolu nəticəsində dəymiş zərərə görə 25 840 manat sığorta ödənişi edilib.

Seçilən
11
2
vergiler.az

7Mənbələr