AZ

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

ABŞ-nin elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”nın Çində qurduğu enerji saxlanc qurğusu zavodu istehsala başlayıb.

Şanxay şəhərində qurulan zavod bu gün səhər saatlarında təşkil edilən mərasimlə fəaliyyətə başlayıb.

4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək zavod ildə 10 min ədəd ilə 40 gigavat-saat ümumi enerji saxlamağı hədəfləyir. Bildirilib ki, 200 min kvadratmetr sahədə qurulan zavodun tikintisi 8 aya başa çatıb və müəssisəyə ümumi 1,45 milyard yuan (202 milyon dollar) investisiya qoyulub.

Hazırda “Tesla”nın ABŞ-nin Kaliforniya ştatının Latrop şəhərində ildə 10 min “Megapack” istehsal etmək gücünə malik meqa zavodu var. Şirkət, həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən “giqa fabriki”ni 450 min əlavə istehsal həcmi ilə genişləndirməyi planlaşdırır.

Seçilən
19
4
banker.az

5Mənbələr