AZ

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

Bakı. Trend:

ABŞ-nin elektrikli avtomobil və akkumulyator istehsalçısı“Tesla”nın Çində qurduğu enerji saxlanc qurğusu zavodu istehsalabaşlayıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Şanxay şəhərində qurulan zavod bugün səhər saatlarında təşkil edilən mərasimlə fəaliyyətəbaşlayıb.

4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlılitium-ion batareya blokları istehsal edəcək zavod ildə 10 min ədədilə 40 gigavat-saat ümumi enerji saxlamağı hədəfləyir. Bildirilibki, 200 min kvadratmetr sahədə qurulan zavodun tikintisi 8 aya başaçatıb və müəssisəyə ümumi 1,45 milyard yuan (202 milyon dollar)investisiya qoyulub.

Hazırda “Tesla”nın ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərindəildə 10 min “Megapack” istehsal etmək gücünə malik meqa zavodu var.Şirkət, həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobiliistehsal edə bilən “giqa fabriki”ni 450 min əlavə istehsal həcmiilə genişləndirməyi planlaşdırır.

Seçilən
16
4
az.trend.az

5Mənbələr