AZ

Şolts Putinə mesaj göndərib

Şolts

Almaniya kansleri Olaf Şolts Ağ evin yeni administrasiyasının Ukraynaya hərbi yardımı davam etdirəcəyini gözləyir.

Reyting.az
-ın məlumatına görə, Olaf Şolts ABŞ-nın yeni prezidenti Donald Trampla danışıqlar zamanı Ukraynaya davamlı dəstəyin vacib olduğunu bildirib.

Olaf Şoltsun fikrincə, Rusiya prezidenti Vladimir Putinə aydın siqnal göndərilməlidir ki, o, Ukraynaya dəstəyin azalacağını gözləməsin.

Eyni zamanda, kansler təhlükəsizlik zəmanətləri və Amerika hərbi kontingentinin iştirakı olmadan Ukraynada avropalı əsgərlərin mümkün yerləşdirilməsi ilə bağlı suala cavab verməkdən yayınıb:

“Əsas rolu Ukrayna dostlarının onun bundan sonra da çox güclü orduya malik olacağına, səviyyəsi Amerika ordusundan da yüksək olacağına zəmanət verməsi oynayacaq”.

E. KAMAL
Seçilən
132
50
reyting.az

10Mənbələr