17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, yığmamız B qrupunda Rusiya, İran və Qazaxıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yer uğrunda qarşılaşacaq.