Rusiya qazının “Türk axını” boru kəməri ilə Slovakiyaya tədarükü bərpa olunub.
Bu haqda Slovakiyanın baş naziri Robert Fitzo öz “Facebook” səhifəsində məlumat bölüşüb.
“Rusiya qazı “Türk axını” boru kəməri ilə Slovakiyaya daxil olmağa başlayacaq. Bu, Rusiya və Türkiyənin birgə səyləri sayəsində mümkün olub, məhz buna görə hər ikisinə minnətdarlıq ifadə etmək lazımdır”, ? deyə o bildirib.
Bundan əvvəl Rusiyanın “Qazprom” şirkətinin fevralın 1-dən etibarən Slovakiyanın ən iri enerji əməliyyatçısı olan SPP-ni “Türk axını” vasitəsilə təbii qazla təchiz etməyə başladığı barədə məlumat yayılmışdı.