AZ

Slovakiya “Türk axını” ilə Rusiya qazını almağa başlayıb

“Türk axını” boru kəməri ilə Rusiya qazının Slovakiyaya tədarükü bərpa edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko öz Facebook səhifəsində məlumat verib.

“Rusiya qazı “Türk axını” kəməri ilə Slovakiyaya axmağa başlayır”. Bu, Rusiya və Türkiyənin birgə səyləri nəticəsində mümkün olub və buna görə onlara təşəkkür etmək lazımdır”, – deyə o vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Rusiyanın enerji şirkəti “Qazprom” fevralın 1-dən “Türk axını” qaz kəməri ilə Slovakiyanın ən böyük enerji operatoru SPP-yə qaz tədarük etməyə başlayıb.

Seçilən
2
2
nocomment.az

6Mənbələr