AZ

ABŞ-da virusu yaymaqda ittiham olunan iki rusiyalı həbs edilib


Rusiya vətəndaşları Roman Berejnoy və Yeqor Qlebov ABŞ-da “Phobos” ransomware virusunu yaymaqda və ondan istifadə etməkdə, habelə onun qurbanlarından ümumilikdə 16 milyon dollar pul almaqda şübhəli bilinərək, ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.Müstəntiqlərin məlumatına görə, ABŞ-da və dünyada 1 mindən çox dövlət və özəl struktur 33 yaşlı Berejnoy və 39 yaşlı Qlebovun nəzarətində olan hakerlər qrupunun qurbanı olub. Hüquq-mühafizə orqanları, Ədliyyə Nazirliyinin qeyd etdiyi kimi, “qrupun kompüter infrastrukturunu” sıradan çıxarıb.ABŞ səlahiyyətlilərinə görə, 2019-cu ilin may ayından 2024-cü ilin oktyabr ayına qədər Berejnoy, Qlebov və başqaları virusu deaktiv etmək üçün “qurbanlara ödənişlərlə bağlı maliyyə itkiləri ilə yanaşı, onların məlumatlarına girişin itirilməsi ilə bağlı itkilərə səbəb olan” hakerlik fəaliyyəti ilə məşğul olublar. Zərərçəkənlər arasında uşaq xəstəxanası, tibb müəssisələri və təhsil müəssisələrinin olduğu bildirilir.
Şübhəlilər qurbanların kompüter şəbəkələrini sındırıb, faylları və proqramları kopyalayıb oğurlayıblar, Phobos vasitəsilə oğurlanmış məlumatların orijinal versiyalarını şifrələyiblər. Sonra müttəhimlər, müstəntiqlərin fikrincə, şifrələnmiş məlumatlara girişi bərpa etmək üçün deşifrə açarları müqabilində qurbanlardan pul qoparıblar. Əgər pul ödənilməsə, hakerlər məlumatları yaymaqla hədələyiblər.

aia.az
Tərcümə şöbəsi



Seçilən
26
19
aia.az

10Mənbələr