AZ

ABŞ-də virus yayan Rusiya vətəndaşları həbs edildi

Rusiya vətəndaşları Roman Berejnoy və Yeqor Qlebov ABŞ-də “Phobos" kompüter virusunu yaymaqda və ondan istifadə etməkdə, habelə onun qurbanlarından ümumilikdə 16 milyon dollar pul almaqda şübhəli bilinərək həbs ediliblər.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ABŞ-də və dünyada 1000-dən çox dövlət və özəl struktur 33 yaşlı Berejnoy və 39 yaşlı Qlebovun rəhbərlik etdiyi haker qrupunun qurbanı olub.

Hüquq-mühafizə orqanları, qrupun kompüter infrastrukturunu sıradan çıxarıb.

Seçilən
5
1
unikal.az

10Mənbələr