AZ

Yüksək Liqa: “Azərreyl” Gəncədə uduzdu, “Abşeron” sevindi

Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 10-cu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bir oyunu Gəncədə, iki oyunu isə Bakıda baş tutub.

İlk olaraq Gəncə İdman Sarayında “Azərreyl” “Gəncə” klubunun qonağı olub. Gərgin keçən qarşılaşmada ev sahibləri 3:0 hesabı ilə qələbə qazanıblar. Bu qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov da izləyib.

Turun digər oyunları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Abşeron” – “Murov”la, “Milli Aviasiya Akademiyası” isə UNEC-lə üz-üzə gəlib. Bu qarşılaşmalarda da qalib 3 setdə müəyyən olunub. Famil Ağayevin yetirmələri “Murov”u, “Milli Aviasiya Akademiyası” isə UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 14-də və 15-də keçiriləcək.

Yüksək Liqa
10-cu tur
11 fevral

“Gəncə” – “Azərreyl” 3:0 (25:23, 25:18, 25:18)
“Abşeron” – “Murov” 3:0 (25:15, 25:17, 25:22)
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:16, 25:8, 25:6)

Xallar: Abşeron – 26. Milli Aviasiya Akademiyası – 24. Gəncə – 17. Azərreyl – 12. Murov – 11. UNEC – 0.

Seçilən
28
2
arena.az

10Mənbələr