AZ

Fox: ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək üçün dəqiq planı yoxdur

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli üçün müxtəlif variantları öyrənir, lakin hələlik dəqiq plan yoxdur.

“Report” xəbər verir ki, bu barədə Avropa rəsmisinə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqtonun konkret fəaliyyət planı yoxdur və Amerika hakimiyyəti müttəfiqlərinin təkliflərini öyrənir və onların narahatlığını dinləyir.

“Tramp, Ukrayna lideri Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar çətin keçəcək. Bütün variantlar nəzərdən keçirilir. Hələ də sanksiyaları sərtləşdirmək üçün kifayət qədər imkanlar var”, - deyə həmsöhbət bildirib.

Tramp bundan əvvəl “Fox News” telekanalına müsahibəsində Ukrayna böhranının həllində mühüm irəliləyişin əldə edildiyini iddia edib. O, münaqişənin hər iki tərəfini danışıqlara cəlb edə biləcəyini təklif edib.

Seçilən
32
50
far.az

10Mənbələr