AZ

TRAMP BAYDENİN RUSİYANIN UKRAYNADA APARDIĞI MÜHARİBƏNİN BAİSKARI KİMİ TƏQDİM ETDİ

"Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Cozef Baydenin bu ölkənin NATO-ya üzv ola biləcəyini deməsinə görə başlayıb..."

Tezadlar.az Reuters-ə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp hamını şoka salan bu açıqlaması ilə yenidən dünya gündəmində ən çox müzakirə olunan mövzunun qəhrəmanı oldu. Tramp deyib ki, Rusiyanın yerində olan hər hansı ölkə buna icazə verməzdi. Və ardınca ABŞ Prezidenti bildirib ki, Pentaqon rəhbəri Pit Heqsetin Ukraynanın NATO-ya daxil olmasının qeyri-real xarakteri ilə bağlı açıqlamaları Vaşinqtonun mövqeyini dəqiq əks etdirir. Hansı ki, fevralın 12-də ABŞ-nin müdafiə naziri Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında da bildirib ki, Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını faktiki olaraq istisna edib və vurğulayıb ki, o, öz təhlükəsizliyinə özü cavabdeh olmalıdır.

Bu da dağıdıcı müharibənin baiskarlarının iç üzü... Kimə gərək idi???

A.Məmmədli

Seçilən
33
4
tezadlar.az

10Mənbələr