1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yaponiyada güclü qar yağması səbəbindən 1600-dən çox sərnişin gecəni Hokkaydo adasının hava limanında keçirməyə məcbur olub.
Oxu.Az NHK telekanalına istinadla xəbər verir ki, fevralın 11-də günorta saatlarında Hokkaydodakı ən böyük aeroport olan Sin-Titosenin yaxınlığında külək və qar güclənib, bu da görünüşün əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxarıb.
Bununla əlaqədar olaraq 118 reys ləğv olunub. Ləğv edilmiş reyslərin sərnişinlərinin xeyli hissəsi sürət qatarlarından istifadə edə bilmədiyinə görə gecəni hava limanında döşəməyə sərilmiş xalçalar üzərində keçirib.







