AZ

Simonyanın etirafı və Qarabağ ermənilərinin məyus gözləri


Alen Simonyanın dünən Qarabağ türk toponimidir və bölgənin adının Arsax deyil, məhz Qarabağ adlandırılması siyasi cəhətdən etikdir bəyanatı və əlavə olaraq Qarabağ ermənilərinə siz əlinizdə olan silahla vuruşa bilərdiniz, amma siz qaçdız cavabı Ermənistan daxilində iki toplum arasında zidiyyətlərin artıq siyasi arenaya çıxmasının göstəricisidir.
Məlumdur ki, Qarabağ erməniləri ilə bugünkü Ermənistan erməniləri arasında cəmiyyət səviyyəsində bir - birinə dözümsüzlük mövcuddur. Uzun müddət onlar Böyük Ermənistan naminə bu ziddiyyət və münaqişəni gizlətməyə və görməməyə çalışsalar da, onların milli fəlsəfi- ideoloji doktrinalarının 44 günlük müharibədən sonra ciddi şəkildə zədələnməsi şübhəsizdir.

Qayıdaq Qarabağ və şərti olaraq "İrəvan ermənilərinə". Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları “türk motor” (türk mühərriki), “Türkatsats hayi” (ermənilərin türk hibridi) və ya sadəcə olaraq “paxstakan” (gəlmə) adlandırmış və bu sözə təhqiramiz məna vermişlər. Hələ də “şurtvata” sözünü işlədirlər. Bəs bu söz nə deməkdir?! Xəyanətkar, fırıldaqçı, əclaf. “Qarabağ eşşəyi” deyilən başqa bir təhqir forması da var.

Bunu biz Ermənistan küçələrində də sezə bilərik. İrəvan və başqa şəhərlərdə küçələrdə gedərkən erməni dilində bu ifadəni eşidə bilərsiniz: “Hai es?” “O Qarabağlılar?” (Sən ermənisən?! Yoxsa... Qarabağlısan?!

Beləliklə, Alen Simonyan, Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq.
Seçilən
87
1
newscenter.az

4Mənbələr