Qayıdaq Qarabağ və şərti olaraq "İrəvan ermənilərinə". Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları "türk motor" (türk mühərriki), "Türkatsats hayi" (ermənilərin türk hibridi) və ya sadəcə olaraq "paxstakan" (gəlmə) adlandırmış və bu sözə təhqiramiz məna vermişlər. Hələ də "şurtvata" sözünü işlədirlər. Bəs bu söz nə deməkdir?! Xəyanətkar, fırıldaqçı, əclaf. "Qarabağ eşşəyi" deyilən başqa bir təhqir forması da var. Bunu biz Ermənistan küçələrində də sezə bilərik. İrəvan və başqa şəhərlərdə küçələrdə gedərkən erməni dilində bu ifadəni eşidə bilərsiniz: "Hai es?" "O Qarabağlılar?" (Sən ermənisən?! Yoxsa... Qarabağlısan?! Beləliklə, Alen Simonyan, Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta