AZ

Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsi 16,7 dəfə artdı

Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə kəskin artım göstərərək 190,3 milyon dolları ötüb. Bu, 2023-cü ilə nisbətdə 16,7 dəfə çoxdur.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Serbiyaya ixrac 181,2 milyon dollarla rekord həddə çatıb. İxracın həcmi ötən il ilə müqayisədə 366,1 dəfə artıb. 2023-cü ildə bu rəqəm yalnız 495 min dollar olub.

Serbiyadan Azərbaycana idxal isə 9 milyon dollar təşkil edib və bu göstərici 16,7% azalıb.

2024-cü ilin yekunlarına əsasən, Serbiya ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,39 faizini təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
65
14
fins.az

10Mənbələr