AZ

Rusiyadan ixrac edilən buğda rüsumu fevralın 19-dan 8,7% azaldılacaq

Rusiyadan buğda ixracına görə rüsum dərəcəsi fevralın 19-dan 8,7% azalaraq bir həftə əvvəlki 3984,2 rubldan 3636,3 rubla qədər azalacaq, Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Finss.az xəbər verir ki, arpanın rüsumu bir ton üçün 3062,3 rubldan 2202,4 rubla, qarğıdalı üçün 3710,2 rubldan 3373,3 rubla qədər azalacaq.

Tariflər indikativ qiymətlər əsasında hesablanıb: buğda üçün bir ton üçün 241,2 dollar (əvvəlki dövr üçün 240,6 dollar), arpa üçün 208,2 dollar (215,8 dollar), qarğıdalı üçün 225,6 dollar (225,2 dollar).

Xəbər verdiyimiz kimi, buğda ixracı kvotası fevralın 15-dən qüvvəyə minəcək. Arpa və qarğıdalı üçün kvotalar sıfırdır. Kənd Təsərrüfatı Nazirliyindən “İnterfaks”a verilən məlumata görə, bununla belə, rüsumların hesablanması üçün mövcud mexanizm gələcəkdə də istifadə olunmağa davam edəcək.

Seçilən
22
33
fins.az

10Mənbələr