AZ

HƏMAS girovların   azad edilməsini təxirə saldı

İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında yeni girovlar qrupunun azad edilməsini təxirə salıb. Onlar fevralın 15-də evə qayıtmalı idilər. 

Vətəninfo.az xəbər verir ki , belə bir bəyanatla “HƏMAS”ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın nümayəndəsi Əbu Ubaida çıxış edib.

“Son üç həftə ərzində biz sövdələşmənin şərtlərinin rəqib tərəfindən dəfələrlə pozulmasının şahidi olduq, bunun əsasında fevralın 15-də baş tutmalı olan girovların azad edilməsini təxirə salmaq qərarına gəldik”. “İsrail sazişin müddəalarına əməl etməli və son həftələrdə vurduğu zərəri geriyə qaytarmalıdır”, – o, Telegram kanalında yazıb.

Seçilən
2
1
veteninfo.az

3Mənbələr