Bakıda sexdə baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
11:13
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, İslam Abışov küçəsi yaxınlığında sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.