AZ

Binəqədidə sexdə yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.

 

Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb və tam söndürülüb.


Seçilən
10
19
senzor.az

10Mənbələr