AZ

Qarabağa işıq saçan görünməyən qəhrəmanlar: 10 İLƏ QISA SƏYAHƏT

Zəfər günündən cəmi bir neçə həftə sonra Şuşada Azərbaycan işığı yandı, bütün Qarabağ nura boyandı. 30 illik işğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının əli ilə söndürülən çıraqlar yenidən daha gur yanmağa başladı.

Bu işığın nurundan qürurlanan hər bir azərbaycanlının dodağında bir təbəssüm oyandı və hamılıqla "Ay səni işıqlığa çıxasan”, deyə Qarabağa işıq saçan görünməyən qəhrəmanlara dua etdilər. O qəhrəmanlar ölkənin enerji sektorunda əldə etdiyi nailiyyətlərdə mühüm rol oynayan "Azərişıq” ASC-in qəhrəman əməkdaşlarıdır. Onlar yandırdıqları gur işıqla həm də o torpaqlarda canını Vətən uğrunda fəda edən qəhrəman şəhidlərimizin ruhlarını şad edirdilər...

Beləcə sürətlə işıqlanmağa start verildi. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq "Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını "Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirməyə başladı. Qurumun qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan dərhal sonra elektrik şəbəkəsinin yenilənməsi idi ki, cəmi 1 ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Həmçinin digər regionlarda reallaşan 100 kənd layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yeniləndi.

 

Baş Plana əsasən işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında dağıdılmış elektrik şəbəkələri tamamilə yenidən qurulur. Yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzləri yaradılır. 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsi nəticəsində işğaldan azad edilmiş yurd yerlərimizdə tikilən, eləcə də bərpa olunan su elektrik stansiyaları bölgənin inkişaf və tərəqqisinə böyük töhfələr verməkdədir. Qarabağ nura qərq olur, eyni zamanda "yaşıl enerji” zonası kimi bütün dünyaya nümunə göstərilir.

Qazanılan zəfərimizdən ötən 5 il ərzində Şuşada Rəqəmsal İdarəetmə və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar mərkəzləri də daxil olmaqla 35/0,4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq bir yarımstansiya, Hadrut qovşaq yarımstansiyası, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.

Elektrik enerjisi ilə təchizat işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib layihələrdən biri idi. Hələlik 13 enerji obyekti tikilib və bərpa olunub. Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı "Güləbird” SES, "Suqovuşan-1” və "Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışları olub.

 

"Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. 110/35/10 kilovoltluq 9 rəqəmsal yarımstansiya tikilib. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı tam rəqəmsallaşdırılıb. 2024-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq "İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib. İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd” yarımstansiyasının inşası, "Ağbulaq-SES” və "Minkənd” yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı” yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran”, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq” yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq” yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir. Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri, Xudafərin qəsəbəsi, Zəngilan rayonu, Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu, Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir. Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq” ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib.


2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib. Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişləri yekunlaşdırılıb. "Azərişıq” ASC-nin əməkdaşları 2025-ci ilin ilk günlərində də iş başında olublar. 110/35 kV-luq İstisu Yarımstansiyasından Mineral su zavoduna çəkilən ikidövrəli ÖİN-3 kabel kəttinin çəkilişi davam etdirilir. Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır. Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı Kəlbəcərdə "İstisu” yarımstansiyasının açılışı baş tutub.

 

Ölkənin enerji sektorunda əldə etdiyi nailiyyətlərdə mühüm rol oynayan qurumlardan biri "Azərişıq” ASC keçdiyi bu 10 ildə ölkənin enerji təchizatını gücləndirmək, abonentlərə daha keyfiyyətli xidmət göstərmək və bərpa olunan enerjiyə keçidi sürətləndirmək üçün mühüm layihələr icra edib.

 

Ölkə Prezidentinin tapşırığı ilə qurumun 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da apardığı yenidənqurma işləri bu gün də sürətlə davam etməkdədir. Doğma sakinlərinə qovuşan rayon və kəndlərin erməni vandalları tərəfindən məhv edilmiş elektrik təsərrüfatı yenilənir, elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır.

 

Hazırda işğaldan azad olunmuş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin inşası aparılır. Belə ki, Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, 110/35/10 kV-luq Minkənd yarımstansiyasının inşası davam etdirilir, Ağbulaq SES və Minkənd yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ötürücü xəttin çəkilişi yekunlaşdırılır, Xocalı yarımstansiyası və İdarəetmə Mərkəzi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi həyata keçirilir.

Bütün bunlarla bərabər, Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli elektrik veriliş xətlərinin çəkilişi davam edir.

…Ölkənin enerji sektorunda əldə etdiyi nailiyyətlərdə mühüm rol oynayan qurumlardan biri olan "Azərişıq” ASC-in rəhbərliyi başda olmaqla bütün komandasına bu şərəfli yolda yalnız uğur diləmək qalır: "Ay sizi işıqlığa çıxasınız”.

 

Səbuhi Abbasov

7NEWS.az

Yazı "Azərişıq” ASC-nin 10 illik yubileyinə sr olunmuş "İşğaldan azad olunmuş ərazilərdə n r, yata keçirilən innovativ layihər” vzusunda media subyektlərinin msilçiləri arasında elan edilən sabiqəqdim edilir.





Seçilən
16
11
7news.az

10Mənbələr