AFFA İntizam Komitəsi “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadəni və futbolçusu Əli Kərimovu cəzalandırb.
"Football-plus.az" xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edilib.
1-ci liqada 13-ü turun “Mingəçevir”lə matçının 75-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadə hakimləri təhqir edib və birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən də 5 oyunluq cəzalandırılıb. “Qaradağ Lökbatan” hadisəyə görə 400 manat cərimə edilib.
Eyni matçın 76-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın 1 nömrəli futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. AFFA İntizam Komitəsi buna görə onu 4 oyunluq cəzalandırıb.Klub isə 300 manat cərimələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta