Finlandiya millisinin heyətində 2022-ci il Qış Olimpiya çempionu olan Miro Aaltonen kokaindən istifadə etdiyinə görə cəzalandırılıb
Publika.az xəbər verir ki, bu barədə “Yle.fi” məlumat yayıb.
31 yaşlı hokkeyçi dekabrın 18-də dopinq testindən keçə bilməyib. Buna görə onun İsveçrənin “Kloten” klubuna transferi baş tutmayıb.
Onun qanında kokain tapılıb. Bu səbəbdən 1 ay müddətinə cəzalandırılıb və 1000 İsveçrə frankı məbləğində cərimələnib.