AZ

Pentaqon rəhbəri: Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtması mümkün deyil

Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir.

"Report" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında deyib.

"Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Bununla belə, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmasının qeyri-real məqsəd olduğunu etiraf etməliyik", - nazir vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Donald Trampın rəhbərlik etdiyi Amerika administrasiyası üçün əsas prioritetdir.

“Daimi sülhə nail olmaq əsas prioritetdir”, - Pentaqon rəhbəri bildirib.

"ABŞ Müdafiə Nazirliyi bu məqsədə çatmağa kömək edəcək", - P.Heqset bildirib. Onun sözlərinə görə, Vaşinqton Ukraynada qan tökülməsinin dayandırılmasının vacibliyi mövqeyindən çıxış edir. Bunun üçün həm də döyüş meydanı real qiymətləndirilməlidir”, - o vurğulayıb.

Seçilən
6
3
report.az

5Mənbələr