Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında çıxış edən nazir qeyd edib:
"Biz də suveren və firavan Ukrayna istəyirik. Bununla belə, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmasının qeyri-mümkün olduğunu etiraf etməliyik".