ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmək niyyətində olduğunu açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Putinin sülh istədiyini də qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Tramp Putinlə telefonla danışıb. Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Trampı Moskvaya dəvət etdiyini bildirib.