AZ

Tramp Putinlə görüşəcəyi yerin adını açıqlayıb

ABŞ prezidenti Dinald Tramp tezliklə Rusiya lideri Putinlə görüşəcək.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşünün dəqiq vaxtının hələ müəyyən edilmədiyini, lakin onun “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını güman etdiyini bildirib.

"Operativ Media" xəbər verir ki, bunu Amerika lideri Ağ evin mətbuat qrupunun jurnalistlərinə söyləyib.

“Biz ilk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik. Görək bunu necə edəcəyik”, – o deyib.

Qeyd edək ki, daha əvvəl “Reuters” görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun iştirak etdiyini bildirmişdi.

Seçilən
25
5
operativmedia.az

10Mənbələr