AZ

Mask işlərinin çoxluğundan Ağ Evdə gecələyir

Amerikalı iş adamı İlon Mask ABŞ-nin Hökumət Səmərəliliyi Departamentində (DOGE) işinin çox olması səbəbindən Ağ Evdə gecələyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.

“Mask DOGE-də çox işlədiyini və Ağ Evdəki ofisində yatdığını söyləyib”, - xəbərdə deyilir.

Bildirilib ki, iş adamı rəhbər vəzifədəki fəaliyyətinə 4 ay sərf etməyi planlaşdırır. Bu müddət ərzində o, büdcəni iki trilyon dollar azaltmaq və iki faiz inflyasiyaya nail olmaq niyyətindədir.

Onun ofisinin dəqiq yeri bəlli deyil.

Seçilən
62
3
qafqazinfo.az

10Mənbələr