Amerikalı iş adamı İlon Mask ABŞ-nin Hökumət Səmərəliliyi Departamentində (DOGE) işinin çox olması səbəbindən Ağ Evdə gecələyir.
Viral.az xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.
“Mask DOGE-də çox işlədiyini və Ağ Evdəki ofisində yatdığını söyləyib”, – xəbərdə deyilir.
Son Yazılar:
Bildirilib ki, iş adamı rəhbər vəzifədəki fəaliyyətinə 4 ay sərf etməyi planlaşdırır. Bu müddət ərzində o, büdcəni iki trilyon dollar azaltmaq və iki faiz inflyasiyaya nail olmaq niyyətindədir.
Onun ofisinin dəqiq yeri bəlli deyil.