AZ

Bu ölkənin xarici işlər nazirləri Tokioda görüşəcək

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri martın 22-də Tokioda görüşməyi planlaşdırır.   Manset.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.  tədbirin proqramı yekun təsdiqlənmədən keçir . Məlumata görə, tədbirin proqramı yekun təsdiqlənmədən keçir . Eyni zamanda Tokioda xarici işlər nazirləri və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yüksək Səviyyəli Yaponiya-Çin İqtisadi Dialoqu”nun da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər. Çinin xarici işlər naziri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edəcək. Son zamanlar iki ölkə arasında münasibətlərdə dialoqun intensivləşməsinin əlamətləri müşahidə olunur. Pekin və Tokio nümayəndələri arasında əlaqələr 2024-cü ilin noyabrında Peruda keçirilən beynəlxalq konfransda Çin sədri Si Cinpin və Yaponiyanın baş naziri Şiqeru İşiba arasında keçirilən görüşdən sonra xüsusilə aktivləşib.

Seçilən
65
5
manset.az

8Mənbələr